Azadsöz.az xəbər verir k, noyabrın 2-3-ü gecə və səhər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Göygöl, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.