21 Noyabr 2024 18:19

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzi “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı ağacəkmə aksiyasında iştirak ediblər-FOTO

Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda yaşıllıq zolaqlarının salınması və  müxtəlif  növ  dekorativ güllərin əkilməsi   işləri  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki,  Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları ağacəkmə aksiyasında  iştirak  ediblər.

Aksiya  iştirakçıları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun  Bığır  və Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisinin keçən hissəsində  təmizlik işləri aparıblar.

Əkilməsi  nəzərdə  tutulan  ağacların  yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.

Daha  sonra 100 ədəd  şam  ağacı  əkilib. Yeni əkilən  ağaclara küləkdən qorunması üçün dirəklər basdırılıb, suvarılıb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Səbuhi  Eltonlu

 

İstanbul trv istanbul travestileri