18 Oktyabr 2024 07:29

Göyçayda payız-qış mövsümü ilə əlaqədar dekorativ güllərə aqrotexniki qulluq göstərilib-FOTO

Azadsöz.az xəbər verir ki,  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi  tərəfindən  rayonun  Heydər Əliyev  prospektində  növbəti  işlər görülüb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  Heydər Əliyev  Mərkəzinin  qarşısına əkilmiş müxtəlif  növ  dekorativ güllərə  payız-qış mövsümü ilə əlaqədar aqrotexniki qulluq göstərilib.İlkin olaraq  əkilmiş  güllərin dibləri alaqlardan təmizlənərək yumşaldılıb və  suvarılıb. 

Qeyd  edək ki,  rayonun müxtəlif  yerlərinə əkilmiş  dekorativ güllərə aqrotexniki qulluq  qrafikə uyğun  olaraq davam  etdiriləcək.

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov

 

grandpashabet alefbahis istanbul travesti