17 Oktyabr 2024 01:37

Bayden Ukraynaya 425 milyonluq yardımı elan etdi

Azadsöz.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya ümumi məbləği 425 milyon dollar olan yeni silah paketinin ayrılmasını elan edib.

Bu barədə ABŞ liderinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətinin nəticələrinə dair Ağ evin mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.

“Bu gün Prezident Ukraynaya 425 milyon dollar məbləğində hərbi yardım paketinin verilməsini elan edib. Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yer-hava sinifli döyüş sursatları, zirehli texnika və Ukraynanın təxirəsalınmaz ehtiyaclarını ödəmək üçün zəruri olan kritik əhəmiyyətli döyüş sursatları daxildir”, – Ağ evdən bildirilib.

grandpashabet alefbahis istanbul travesti