17 Oktyabr 2024 03:33

Şəhid polkovnikin daha bir qardaşı dünyasını dəyişdi

Azadsöz.az xəbər verir ki, Vətən Müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə daha bir ağır itki üz verib.

Şəhidin qardaşı Elnur Əkbərov dünyasını dəyişib.

Bu gün axşam saatlarında onu halı qəfil pisləşib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.

Mərhum bu gün rəhmətə gedən, həmyerlisi Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun dəfn mərasimində olub.

Vətən Müharibəsi Qəhrəmanı O.Əkbərovun digər qardaşı Taleh Əkbərov isə bu ilin mayında dünyasını dəyişmişdi.

Qeyd edək ki, Orxan Əkbərov 2020-ci ilin oktyabrın 7-si Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla təltif edilib.Qafqazinfo

 

grandpashabet alefbahis istanbul travesti