16 Oktyabr 2024 20:26

Biləsuvarda iki yük maşını toqquşub – Ölən var

Azadsöz.az xəbər verir ki, Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, bu gün Bəhrəmtəpə-Biləsuvar yolunda İkram Əliyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə T.Muxtarzadənin idarə etdiyi “SCANIA” markalı yük avtomobili toqquşub.

“KamAZ” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən ölüb, “SCANIA” markalı nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

grandpashabet alefbahis istanbul travesti