09 Oktyabr 2024 20:28

Yeni təyin olunan hakimlər and içiblər-FOTO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Ali Məhkəməsi Plenumunun iclasında təyinat alan yeni hakimlərdən İlqar Cəfərov, Sərvər Vəliyev və Şirvan Apellyasiya Məhkəməsinə təyin edilmiş Qasım Əliyev ilk dəfə hakimlik fəaliyyətinə başladıqlarına görə and içiblər.

Bu barədə  Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər. Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.

grandpashabet alefbahis istanbul travesti