Azadsöz.az xəbər verir ki, Bakı şəhərinin Suraxanı rayonunda yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, ümumi sahəsi 300 m² olan birmərtəbəli 6 otaqlı evin hamam otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.