24 Noyabr 2024 05:13

Karyerasını ölkəsində davam etdirə bilər

Azadsöz.az xəbər verir ki, Fransa millisinin heyətində dünya çempionu olan Pol Poqba dopinq üzündən diskvalifikasiya müddəti bitdikdən sonra karyerasını vətənində davam etdirə bilər.

Hazırda “Yuventus”a məxsus olan yarımmüdafiəçi qış “transfer pəncərəsi”ndə “Marsel” klubuna keçə bilər.

Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir.

Qeyd edək ki, fransalı futbolçunun dopinqə görə diskvalifikasiya müddəti 4 ildən 18 aya qədər azaldılıb. Artıq yanvar ayında 31 yaşlı futbolçu “Yuventus”la məşqlərə başlaya, martda isə rəsmi oyunlarda iştirak etmək üçün icazə ala biləcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul