05 Oktyabr 2024 12:27

Xızıda avtomobil aşıb, 2 nəfər ölüb -YENİLƏNİB

Azadsöz.az xəbər verir ki,  Xızı rayonundakı yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

Qəzada həyatını itirən şəxslər 1992-ci il təvəllüdlü Türkanə Rafiq qızı Şükürzadə və 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamovdur.

Qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

***
4 oktyabr 23: 46

Azadsöz.az xəbər verir ki, Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Hadisənin səbəbi araşdırılır./unikal

grandpashabet alefbahis istanbul travesti