05 Oktyabr 2024 12:31

Zərdabda narkokuryer saxlanılıb

Azadsöz.az xəbər verir ki, əvvəllər məhkum olunmuş Ensar Cəfərov Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, onun üzərindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Araşdırmalar zamanı E.Cəfərovun sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunduğu və narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

 

 

 

grandpashabet alefbahis istanbul travesti