08 Oktyabr 2024 20:43

Tərtərdə 40 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Azadsöz.az xəbər verir ki, oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan  bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Qayıbov İkinci Qarabağ müharibəsi iştirakçısıdır./unikal

grandpashabet alefbahis istanbul travesti