Azadsöz.az xəbər verir ki, Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, saat 18:40 radələrində Maştağa şosesi ərazisindən piyadanın vurulması səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən təxminən 65-70 yaşlarında (qadın cinsli) şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb.