Azadsöz.az xəbər verir ki, Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldılması çox mühüm mədəniyyət hadisəsidir. Bunu saz-söz xiridarları, Ələsgərsevərlər uzun illərdir həsrətlə gözləyirdi. Şükür ki, bu arzumuza çatdıq.
Bu fikirləri “Azərtac”a açıqlamasında “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli deyib.
Onun sözlərinə görə, abidə çox möhtəşəmdir: “Hündürlüyü 4 metrdir. Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatına aid tarixlər yer alıb. Həmçinin abidənin iki mərkəzi küçənin kəsişdiyi məkanda ucaldılması bizi çox sevindirir. Aşıq Ələsgərin abidəsinin ucaldılması bütövlükdə saz-söz sənətinə verilən dəyərdir. Milli-mənəvi dəyərlərimizi bu gün yaşatmaq bizi çox sevindirir, qürurlandırır”.