30 Sentyabr 2024 01:31

Ağcabədidə köməkçi tikili yandı

Azadsöz.az xəbər verir ki, Ağcabədi şəhərində birmərtəbəli 1 otaqlı köməkçi tikilidə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağcabədi Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki,  ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları 6 m² sahədə və köməkçi tikiliyə bitişik, ümumi sahəsi 24 m² olan taxta konstruksiyalardan ibarət talvar yanıb . Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

grandpashabet alefbahis istanbultrv