30 Sentyabr 2024 01:27

Mayor rütbəli qazimiz vəfat etdi

Azadsöz.az xəbər verir ki, Vətən müharibəsi veteranı, mayor Rəhimov Cəlal Adıböyük oğlu bu gün səhər ürəktutmadan vəfat edib.O, doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

1984-cü il təvəllüdlü C. Rəhimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi 2005-ci ildə başa vurub. Azərbaycan ordusunun zabiti olaraq, cəbhə bölgəsində vətənə xidmət göstərib.

Mayor C .Rəhimov Vətən müharibəsində  Füzuli, Xocavənd, Tuğ, Şuşa uğrunda qəhrəmancasına döyüşüb. Artileriya komandiri olub. Vətən müharibəsində göstərdiyi şəxsi şücaət və igidliklərinə görə çoxsaylı medallarla təltif olunub.

Qeyd edək ki, o, müharibədən sonra N saylı hərbi hissədə Artileriya divizionunun komandiri olub. Bir il idi ki, ehtiyata buraxılmışdı.

grandpashabet alefbahis istanbultrv