Azadsöz.az xəbər verir ki, Azərbaycanın bədii gimnastı Şəms Ağahüseynova Monteneqronun Budva şəhərində keçirilən Balkan Kubokunda qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Milli üzvü top, lent və çoxnövçülük proqramları üzrə birinci yerin sahibi olub.
Qeyd edək ki, yarışa sentyabrın 29-da yekun vurulacaq.