20 Sentyabr 2024 13:42

Qusarda talvar və ot bağlaması yandı

Azadsöz.az  xəbər  verir  ki, rayonun Aşağı Qələnxur kəndində yanğın hadisəsi  baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qusar  Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları, altında yığılan 3 ton ot bağlaması və 3 paq.m elektrik kabeli yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com