Azadsöz.az xəbər verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 xilasetmə əməliyyatı keçirilib.
Bildirilir ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-i uşaq olmaqla 7 nəfərə müvafiq köməklik göstərilib.