Azadsöz.az xəbər verir ki, yanğın şəhərin 28 May küçəsi ərazisində yerləşən kərpic qurutma sexində baş verib. Yanğın yerinə Balakən rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı qurutma sexinin daxilində olan 6 ədəd taxta rəf və içərisinə yığılmış 2280 ədəd kərpic yanaraq yararsız vəziyyətə düşüb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.