19 Sentyabr 2024 05:12

Poliqonda təmizlik aksiyası keçirilib-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində yerləşən poliqonda təmizlik aksiyası keçirilib.

Əvvəlki illərdə şəhər ərazisində yığılan məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi məqsədilə rayonun Qarabaqqal kəndinin inzibati ərazisində dağlıq, kənd təsərrüfatına yararsız 2.0 hektar torpaq sahəsi ayrılmış, əraziyə hər gün 100 kub metrədək məişət tullantısı daşınaraq zərərsizləşdirilir.Lakin texnika çatışmazlığı səbəbindən məişət tullantılarının tam toplanması və zərərsizləşdirilməsi işində ciddi çətinliklər mövcuddur.
Poliqona giriş hissədə nəzarət buraxılış məntəqəsi quraşdırılmaqla, ərazidə mütəmadi olaraq təmizlik işləri aparılır, məişət tullantıları toplanaraq zərərsizləşdirilir. Görülmüş işlər nəticəsində ərazi təmizlənərək ekoloji mühit yaxşılaşmışdır.Görülən işlərlə yanaşı sakinləri yaşıllıqların artırılması, bərpası, ətraf mühitin qorunmasına və çirkləndirilməməsinə daha diqqətlə yanaşmalarına çağırırıq.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com