22 Noyabr 2024 17:40

Məhkəmə Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayəti icraata götürdü

Azadsöz.az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclasında xüsusi ittiham qaydasında verilən şikayətin icraata götürülməsinə qərar verilib.

Proses sentyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Aydın Əliyev 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul