Azadsöz.az xəbər verir ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının Qazax rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri və Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin böyük tibb bacısı Sevda Həsənova dünən vəfat edib.
Bu barədə xəstəxanadan məlumat verilib.
Qeyd edək ki, Sevda Həsənova 1962-ci il tarixində Qazax rayonunda anadan olub. 2015-ci ildən etibarən Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin böyük tibb bacısı vəzifəsinə təyin olunub.