22 Noyabr 2024 17:34

MSK bəzi şikayətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib

Azadsöz.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası daxil olan bəzi şikayətləri araşdırılması üçün dairə seçki komissiyalarına, müddəti keçmiş şikayətləri isə ərizəçiyə geri göndərilib.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK üzvlərinin təqdimatına əsasən, 69 saylı Biləsuvar seçki dairəsindən daxil olan müraciət müəəyən edilmiş vaxtı keçdiyindən ərizəçiyə geri qaytarılıb.

Bununla yanaşı, 11 saylı Binəqədi-Qaradağ, 120 saylı Cəbrayıl-Qubadlı və 31 saylı Suraxanı ikinci seçki dairəsi haqqında şikayətlərin hər biri araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Ankara escort İstanbul Travesti Shemale İstanbul