Azadsöz.az xəbər verir ki, Xocavənd Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Yaşar Mail oğlu Əhmədov xəstəxananın direktor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Y. Əhmədov bir müddət Göyçay Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində çalışıb.
Səbuhi Eltonlu