23 Noyabr 2024 02:55

Göyçay Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

Azadsöz.az xəbər verir ki,  Göyçay Rayon Mərkəzi Xəstəxanasına  direktor təyin olunub.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Talıb Məmmədov  xəstəxananın direktor  vəzifəsinə təyinat  alıb.

Göyçay Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.

Qeyd edək ki, Talıb Məmmədov 1988-1994-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu həkim ixtisası üzrə bitirib. 1994-1995-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda həkim-cərrah ixtisasına yiyələnib.

O, 2012-2019-cu illərdə German Industrial and Medical Consulting şirkətində Tibbi xidmətlər üzrə şöbə müdiri, 2021-ci ildə Məlhəm Beynəlxalq Hospitalda Təcili yardım şöbə müdiri, 2021-2022-ci illərdə baş həkim, 2022-ci ildə “Liv Bona Dea”da Sahələrdə tibbi xidmət üzrə şöbə müdiri, 2023-2024-cü illərdə Sabunçu Tibb Mərkəzində direktorun müavini, baş həkim vəzifələrində çalışıb. Müxtəlif lahiyələrdə tibbi xidmətlər üzrə əməliyyat meneceri, yerli və beynəlxalq təşkilatlarda həkim vəzifələrində çalışıb.


Səbuhi  Eltonlu

Ankara escort İstanbul Travesti Shemale İstanbul