Azadsöz.az xəbər verir ki, Vətəndaşların “20 Yanvar” metro stansiyasından Sumqayıta gedişində çətinlik yaranıb.
Onların bu problemi həll ediləcəkmi?
Məsələ ilə bağlı sorğusuya cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər ki, “20 Yanvar” metro stansiyası istiqamətində avtomobillərin pərakəndə və xaotik dayanması, eləcə də paytaxtdan əsasən Sumqayıt şəhəri istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Tbilisi prospektinin bu hissəsində günün istənilən saatında ciddi tıxaclara səbəb olurdu və müntəzəm avtobus marşrutlarının fəaliyyətinə maneə yaradırdı.
“Tbilisi prospektinin “20 Yanvar” metro stansiyası istiqamətində xüsusi hərəkət zolağının təşkili ilə ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.
Vətəndaşlar Sumqayıta daha tez çatmaq üçün bir dayanacaq irəli getməklə BBAK-dan müasir və komfortlu “Neoplan”larla yola düşə bilərlər.
Qeyd edək ki, ekspres avtobuslarla yanaşı, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə 21 avtobus da sərnişinlərə xidmət göstərir. Sumqayıt şəhərinin müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Avtovağzal” metro stansiyasıdır. Sərnişinlər avtovağzal ərazisindəki Nəqliyyat Mübadilə Mərkəzindən avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər”, – deyə qurumdan məlumat verilib.