Azadsöz.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Əsgərabad kəndi ərazisində yerin təkindən qanunsuz istifadə halı müəyyən edilib.
Aşkarlanan halla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirakı ilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində iki nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.