Azadsöz.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi keçiriləcək.
Fransanın Monako şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu mövsümdən etibarən yeni formatda təşkil olunacaq turnirdə 36 komanda mübarizə aparacaq. Püşkatma öncəsi komandalar UEFA reytinqindəki əmsallarına uyğun olaraq 4 səbətə bölünüblər.
Liqa mərhələsi sentyabrın 17-19-da oynanılacaq matçlarla başlayacaq və 2025-ci il yanvarın 29-da başa çatacaq. İlk 8 pilləni tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaqlar.
Turnir cədvəlini 9-16-cı pillədə bitirənlər 17-24-cü yerlərdə qərarlaşan komandalarla pley-off görüşlərində üz-üzə gələcəklər. 8 cütün qalibi adını növbəti raunda yazdıracaq. Liqa mərhələsində ilk “24-lüy”ə düşə bilməyən kollektivlər avrokuboklarla vidalaşacaqlar.
1-ci səbət: “Real Madrid”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Liverpul” (hər ikisi İngiltərə), “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” (hamısı Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya)
2-ci səbət: “Bayer” (Almaniya), “Atletiko Madrid” (İspaniya), Atalanta, “Yuventus”, “Milan” (hamısı İtaliya), “Benfika” (Portuqaliya), “Arsenal” (İngiltərə), “Brügge” (Belçika), “Şaxtyor” (Ukrayna)
3-cü səbət: “Feyenoord”, PSV (hər ikisi Niderland), “Sportinq” (Portuqaliya), “Dinamo” (Xorvatiya), “Zaltsburq” (Avstriya), “Lill” (Fransa), “Srvena Zvezda” (Serbiya), “Yanq Boyz” (İsveçrə), “Seltik” (Şotlandiya)
4-cü səbət: “Slovan” (Slovakiya), “Monako”, “Brest” (hər ikisi Fransa), “Sparta” (Çexiya), “Aston Villa” (İngiltərə), “Bolonya” (İtaliya), “Jirona” (İspaniya), “Ştutqart” (Almaniya), “Şturm” (Avstriya).