23 Noyabr 2024 01:11

MSK qəzada həlak olan Nəsiman Yaqublunun bülletenlərdə adı ilə bağlı qərar qəbul etdi

Azadsöz.az  xəbər  verir  ki, Mərkəzi Seçki Komissiyası (MSK) avtomobil qəzasında həlak olan deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərar verib.

Bu barədə Komissiyasının bu gün keçirilən iclasında müvafiq qərar müzakirəyə çıxarılıb.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Nəsiman Qara oğlu Yaqublunun namizədliyi qeydə alınıb və bülletenlərdə adı çap edilib, dairə seçki komissiyalarına təqdim edilib.

Seçki Məcəlləsinə əsasən, bülletenlərə əlavə və dəyişikliklər haqqında məlumatları məntəqə seçki komissiyasında yerləşdirilir.

Komissiya üzvlərinin rəyindən sonra qeyd edilib ki, dairə seçki komissiyasına atılacaq addımlar haqqında müvafiq tapşırıq veriləcək.

MSK sədri Məzahir Pənahov əlavə edib ki, məlumat lövhəsində N. Yaqublunun seçki marafonunu dayandırdığı qeyd edilməlidir.

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul