22 Noyabr 2024 23:15

Şvabenin siyasi simasızlığının həddi varmı?!

Azadsöz.az  xəbər  verir  ki, Anti-Azərbaycan, anti-türk siyasəti ilə tanınan Almaniya Bundestaqının üzvü Frank Şvabe Azərbaycanda keçiriləcək parlament seçkiləri və COP29 ərəfəsində yenidən “fəallaşıb”.

AŞPA-da Azərbaycan əleyhinə səs vermiş deputatların “arzuolunmaz şəxslər” siyahısına salınması Frank Şvabeni hiddətləndirib. Öz təxribatçı hərəkətləri ilə yadda qalan, Azərbaycana qarşı iş aparan və müəyyən qüvvələr tərəfindən idarə olunan almaniyalı deputatın, eləcə də, ölkəmiz əleyhinə səs vermiş digər şəxslərin Azərbaycan tərəfindən “arzuolunmaz şəxslər” elan olunması məntiqi addımdır.

Şvabe növbəti dəfə çirkin ittihamlarla suveren dövlətə qarşı kampaniya başlatmağa cəhd göstərir. Azərbaycan düşməni kimi tanınan deputat AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması təklifini verən şəxs idi.

Uzun müddətdir ki, almaniyalı deputat Frank Şvabe öz ölkəsinin maraqlarını bir tərəfə qoyub, anti-Azərbaycan kampaniyası aparmaqla məşğuldur. Təəssüf ki, dövrümüzün reallığı ondan ibarətdir ki, beynəlxalq təşkilatlarda uzun illərdir müxtəlif siyasi-iqtisadi lobbi qrupları formalaşıb. Həmin qruplar müxtəlif maraqlara xidmət edirlər və öz məqsədlərinə nail olmaq üçün hər cür üsullara əl atırlar.

Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyi ərəfədə AŞPA-da anti-Azərbaycan mövqeyi ilə tanınan almaniyalı deputat Frank Şvabenin fəallaşması da ictimaiyyətdə təccüb doğurmur.

Frank Şvabenin adı dəfələrlə korrupsiya qalmaqallarında hallanıb. O, siyasi əxlaqdan uzaq bir insan kimi tanınıb və heç bir mənəvi hüququ olmadan kiməsə məsləhət verməkdən çəkinmir.

Şvabe öz ölkəsinin maraqlarından çıxış etməli olduğu halda, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilib.

O, insan haqları və demokratiya kimi ümumbəşəri dəyərləri spekulasiya alətinə çevirib. Əgər Frank Şvabe Cənubi Qafqaz üçün bu qədər narahatdırsa (xüsusən Ermənistan üçün), o, niyə son illərdə Ermənistan həbsxanalarına düşmüş onlarla siyasi məhbusla bağlı məsələlərlə məşğul olmur?

Almaniyalı deputat öz yaramaz fəaliyyəti ilə Azərbaycana zərər vurmağa çalışsa da, əslində, elə ən böyük zərər Almaniya və Avropaya dəyir. Çünki Almaniya, geniş anlamda isə Avropanın xarici siyasətində istiqamətlərindən biri Azərbaycanla əlaqələri gücləndirməkdir. Şvabenin fəaliyyəti isə tamamilə buna əksdir.

Hansı haqla almaniyalı deputat AŞPA və bütün Avropa adından danışmağa cəhd göstərir?! Şvabenin siyasi simasızlığının həddi varmı?!

Ankara escort İstanbul Travesti Shemale İstanbul