Azadsöz.az xəbər verir ki, “Azəriqaz” İstеhsаlаt Birliyinin məlumatına əsasən 26 avqust 2024-cü il tarixdə “Təmiz Qaz” Xidməti tərəfindən saat 09:00-dan işlər yekunlaşanadək Göyçay rayonunda qazın verilişində fasilə yaranacaq.
Qeyd edək ki, fasilənin yaranmasına səbəb daşıyıcı qaz kəmərlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, qaz siyirtmələrində profilaktiki təmir aparılması ilə əlaqədardır.