Alen Delon 8 noyabr 1935-ci ildə Fransada anadan olub. O, teatr və kino aktyoru, rejissor, ssenarist və prodüser olub. A.Delon ən böyük şöhrəti “Rokko və qardaşları” (1960), “Parlaq günəşdə” (1960), “Samuray” (1967) və “Şəhərdə iki nəfər” (1973) kimi filmlərdən sonra qazanıb. Uzun karyerası ərzində o, kino və teatrda yüzlərlə rol oynayıb.