20 Sentyabr 2024 08:03

Göyçayda qəza olub, xəsarət alanlar var-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, hadisə  dünən  gecə  saatlarında  rayonun  Ə.Kərim və  M.Füzuli  küçələrinin kəsişməsində baş  verib.

Hərəkətdə olan “VAZ 2107” və  “Mercedes”  markalı minik maşınları toqquşub.

Qəza zamanı  “VAZ 2107” avtomobilində  olanlar-İsmayıllı rayonunun İvanovka kənd sakinləri, 1950- ci il  təvəllüdlü  Kozlovtseva  Mariya Timofeyevna  qızı və 1987-ci il  təvəllüdlü  Radayeva Tatyana   İvanovna  qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə yerinə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub.Yaralılar  xəstəxanaya  çatdırılıblar.

Xəstəxanadan  Azadsöz.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müayinə zamanı  yaralılara  sağ baldırın aşağı 1/3 səthinin və  sol qulağın  arxa nahiyyəsinin  cızılması  diaqnozu qoyulub.Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.


Səbuhi  Eltonlu

 

 

 

 

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com