Azadsöz.az xəbər verir ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün daha bir təşkilat müraciət edib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, seçkilərdə “exit-poll” keçirmək üçün Sosioloji Tədqiqatlar Mərkəzi müraciət edib.
Qeyd edək ki, bundan öncə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün iki təşkilatın – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “ORACLE ADVISORY GROUP” (Amerika Birləşmiş Ştatları) ilə birgə və “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə exit-poll keçirmək üçün müraciəti qəbul edilib.