23 Noyabr 2024 03:38

Bakıda qızına xəsarət yetirən ata cəzadan azad edildi

Azadsöz.az xəbər verir ki, hadisə 18 iyul 2024-cü il tarixində, saat 21:00 radələrində Qaradağ rayonu, stansiya Puta yaşayış massivindəki evlərdən birində baş verib.

Belə ki, Yardımlı rayonu Ökü kəndində qeydiyyatda olan 1969-cu il təvəllüdlü S.Həsənov (ad-soyadlar şərtidir) qızı M.Həsənova ilə mübahisə edib.

Mübahisə zamanı S.Həsənov qızının müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Nəticədə M.Həsənovanın boyun nahiyəsinin hərəkət məhdudluğu da yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanıb.

Məhkəmədə M.Həsənova atası ilə barışdığını və ondan heç bir tələbinin olmadığını bildirib.

Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən iclasda S.Həsənov cinayət məsuliyyətindən azad edilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul