Azadsöz.az xəbər verir ki, cari ilin altı ayı ərzində ölkədə 45,4 min yeni iş yerləri açılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 95,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 79,4 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 18,9 faizi digər regionların, o cümlədən 4,7 faizi Abşeron-Xızı, 2,1 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Lənkəran-Astara, 1,9 faizi Quba-Xaçmaz, 1,8 faizi Şirvan-Salyan, 1,3 faizi Qazax-Tovuz, 1,2 faizi Qarabağ, 1,2 faizi Şəki-Zaqatala, 1,0 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,4 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 10,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 88,4 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 26,4 faizi tikinti, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi emal sənayesi, 7,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi peşə, elmi və texniki fəaliyyət, 4,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi informasiya və rabitə, 2,2 faizi təhsil, 7,0 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, bu ilin birinci yarımili ərzində ölkədə 4,5 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 51,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 48,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.