23 Noyabr 2024 04:29

Məhbus ailələrindən pul tələb edən şəxs SAXLANILDI

Azadsöz.az xəbər verir ki, polis və penitensiar xidmət əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə məhbus ailələrinə zəng vuraraq pul tələb edən şəxs müəyyən olunub.

Bu barədə  DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1991-ci il təvəllüdlü N.Əhmədov polis tərəfindən saxlanılıb. Araşdırmalarla onun digər bir neçə məhbus ailəsinə zəng edərək qanunsuz pul vəsaitləri tələb edərək bank hesablarına köçürdüyü məlum olub. Araşdırma gedir.

Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Belə ki, N.Əhmədovun məhbuslardan birinin həyat yoldaşını aldadaraq 5 min manat aldığı bildirilirdi.

Ankara escort İstanbul Travesti Shemale İstanbul