Azadsöz.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Gəncə Texnologiya Universitetinin dekan müavini Ramil Nazim oğlu Vəliyev Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub.
Vəliyev Ramil Nazim oğlu 1977-ci il Gəncə şəhərində anadan olub.1984- cü ildə Gəncə şəhəri Nizami Gəncəvi adına 11 saylı orta məktəbə daxil olub, 1994-cü ildə həmin məktəbi bitirib. 1994-cü ildə Azərbaycan Texnologiya Universitetininə qəbul olub. 1998-ci ildə bakalavr ali peşə dərəcəsi alıb.
Elə həmin il Azərbaycan Texnologiya Universitetinin magistratura pilləsinə qəbul olub, 2000-ci ildə bitirib. 2000-ci ilin iyulunda hərbi xidmətə çağırılıb, 2001-ci ilin iyul ayında Azərbaycan Respublikası Silahlı qüvvələrindən ehtiyyata buraxılıb.Ali məktəbdə oxuyan zaman «XXİ əsr ingilis dili və kompüter» kollecindədə təhsil alıb.
Həmçinin «klassik» firmasının təşkil etdiyi komputer kurslarını müvəffəqiyyətlə bitirib sertifikat alıb. 2002- ci ilin aprelindən Azərbaycan Texnologiya Universitetinin «Materiallar müqaviməti» kafedrasına baş laborant vəzifəsinə təyin olunub. «Avtomatika və İdarəetmə» kafedrasında baş müəllim və ATİ fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb.İyirmi elmi əsərin müəllifidir.
İngilis, rus dillərini sərbəst bilir.
Ailəlidir bir qızı var.
Səbuhi Eltonlu