25 Noyabr 2024 20:06

İsmayıllıda alça bağında qonur monilioz çürümə xəstəliyi aşkarlandı-FOTO

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən “Milli Monitorinq Planı”na uyğun olaraq ölkə ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi, həmçinin karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunun müəyyən edilməsi, yayılmasının qarşısını alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə tumlu-çəyirdəkli meyvə bağlarında geniş miqyaslı monitorinqlər həyata keçirilir.

Agentliyin Dağlıq Şirvan regional bölməsinin mütəxəssisləri tərəfindən İsmayıllı rayonunun ərazisində həyata keçirilən monitorinqlər zamanı ərazidəki ixrac potensiallı nektarin, alma, gavalı, alça bağlarında fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq sınaq laboratoriyasına təqdim edilib.

Müayinə  nəticələrinə əsasən İsmayıllı rayonu Topçu kəndində Əliyev Yasin Ülfət oğluna məxsus alça bağında  karantin tətbiq edilən qonur monilioz çürümə (Monilnia fructicola) xəstəliyi aşkarlanıb. Xəstəliyin daha geniş ərazilərə yayılmaması, xəstəlik ocaqlarının məhdudlaşdırılması və mümkün məhsul itkisinin qarşısının alınması məqsədilə təxirəsalınmaz bitki mühafizə tədbirlərinin görülməsi barədə qərar qəbul edilib.

 Qeyd edək ki, sözügedən ərazidə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə müvafiq fitosanitar tədbirlər həyata keçirilib və təmizləmə işləri aparılıb.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul