20 Sentyabr 2024 06:44

Oğuzda avtomobildən 20 min manat oğurlayan şəxs saxlanılıb

Azadsöz.az xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini avtomobilindən 20 min manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən N.Rəfiyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com