20 Sentyabr 2024 04:48

Laçında itkin düşərək həlak olan hərbçi Ağdamda dəfn edilib

Azadsöz.az xəbər verir ki, 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə itkin düşmüş Azərbaycan Ordusunun əsgəri Məmmədov Fərid Əjdər oğlunun nəşi Ağdam rayonunda dəfn olunub.

Quzanlı qəsəbəsində Ağdam Dram Teatrının qarşısında rayon sakinlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Vida mərasimindən sonra Fərid Məmmədovun nəşi Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli dövlət bayrağı atasına təqdim edilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com