Azadsöz.az xəbər verir ki, Vətən müharibəsində şəhid olan leytenant Məmməd Zamanlının atası deputatlığa namizədliyini irəli sürüb.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, şəhid atası Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilərdə 13 saylı Püsyan seçki dairəsindən namizəd olub. Rəhman Zamanlının deputatlığa namizədliyi qeydə alınıb.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Məmməd Zamanlı 2020-ci il sentyabrın 27-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.