20 Sentyabr 2024 01:46

Noyabrda məktəblərdə neçə gün tətil olacaq?

Azadsöz.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən xüsusi təhsil müəssisələri istisna olmaqla orta məktəblərdə payız tətilinin vaxtı dəyişib.

Qərara əsasən, ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-ə qədər payız tətili olacaq.

Noyabrın 9-10-u və 23-24-ü şənbə və bazar günlərinə, eləcə də 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günlərinə, həmçinin 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq. Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün – 25 noyabra qədər davam edəcək. Noyabrın 25-i isə dərs günü olacaq.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com