Azadsöz.az xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən evlərin birindən 4 min manat oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Əkbərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.