20 Sentyabr 2024 02:02

Qəbələdə avtomobil qaçıran şəxs Ağdaşda saxlanıldı

Azadsöz.az xəbər verir ki, Qəbələ şəhər sakini yaşadığı evin qarşısında saxladığı “Mercedes” markalı avtomobilinin gecə saatlarında qaçırılması barədə rayon polis şöbəsinə məlumat verib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən 32 yaşlı Rüfət Mürsəlzadə qaçırdığı avtomobillə birgə Ağdaş rayonu ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com