20 Sentyabr 2024 17:19

UEFA Konfrans Liqası: “Sabah” növbəti mərhələdə

Azadsöz.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah” – “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşıb.

Bakıdakı “Bank Respublika Arena”da baş tutan məhsuldar görüş qonaq komandanın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçisim səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabər olub və qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Burada da qalib tərəf bəlli olmadığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında daha dəqiq oynayan (3:2) “Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

“Sabah” növbəti mərhələ də “Sent Patriks”lə qarşılaşacaq.

İrlandiya təmsilçisi II təsnifat mərhələsində “Vaduts”u (Lixtenşteyn) mübarizədən kənarlaşdırıb. Öz meydanında 3:1 hesabı ilə qalib gələn “Sent Patriks” cavab matçında heç-heçəyə nail olub – 2:1.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com