20 Sentyabr 2024 12:40

Göyçayda 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd edilib

Azadsöz.az xəbər verir ki, 01 avqust 2024-cü il tarixdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə Göyçay rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil olunub.

Dəyirmi masada Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, respublikanın Əməkdar müəllimi Adil Məmmədov, Dağlıq Şirvan Regional nümayəndəliyinin rəhbəri Coşqun İsmayılov, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova açaraq qeyd edib ki, dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Dil xalqın ruhunun təzahürüdür, onun ruhudur. Heç də təsadüfi deyilməmişdir ki, dilini itirən xalq məhvə məhkumdur. Hər bir xalq öz dili ilə tanınır, sevilir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən əsas amillərdəndir. Şübhəsiz ki, bu gün Azərbaycan dilinin inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümümilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır.
Dəyirmi masada çıxış edən respublikanın Əməkdar müəllimi Adil Məmmədov, Dağlıq Şirvan Regional nümayəndəliyinin rəhbəri Coşqun İsmayılov, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin dil-ədəbiyyat müəllimi Ramilə Səlimova Azərbaycan dilinin tarixindən bəhs edib və ulu öndərin əsasını qoyduğu dil siyasəti, Azərbaycan dilinin inkişafına, mühafizəsinə göstərdiyi qayğının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə böyük sevgi ilə davam etdirildiyi bildirilib.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunmuşdur.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com