08 Sentyabr 2024 08:40

“Kurtlar Vadisi”nin məşhur aktyoru öldü

Azadsöz.az  xəbər  verir  ki, “Diriliş Ertoğrul”, “Kurtlar Vadisi”, “Arka Sokaklar” kimi məşhur seriallarda rol almış türkiyəli aktyor Salahsun Hekimoğlu vəfat edib.

Bu barədə Türkiyədə fəaliyyət göstərən Aktyorlar Birliyinin sosial media hesabında məlumat yayılıb.

74 yaşlı aktyorun nədən vəfat etdiyi barədə məlumat verilməyib.