Azadsöz.az xəbər verir ki, Azərbaycan və Qazaxıstan regional inteqrasiyanın lokomotivləridir.Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumunda deyib.
“Azərbaycan və Qazaxıstan strateji tərəfdaşdırlar. Ölkələr bütün sahələrdə, o cümlədən nəqliyyat, logistika, investisiya və müdafiə sahələrində əməkdaşlıq edirlər. Bu yaxınlarda Qazaxıstanda təlimlər keçirildi, burada ev sahibi ölkədən sonra ən böyük hərbi kontingent Azərbaycandan idi. Azərbaycan və Qazaxıstan təkcə bizim üçün deyil, həm də region üçün vacib olan iri layihələri reallaşdırır. Ölkələrimiz regional inteqrasiyanın lokomotivləridir”, – deyə səfir vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə Azərbaycan ərazisi vasitəsilə Qazaxıstandan “yaşıl” enerjinin ixracına başlamağı planlaşdırırlar.
“Bu payız Bakının COP29 iqlim konfransına ev sahibliyi edəcəyi simvolikdir”, – deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Qazaxıstanın Bakı səfirliyində Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumu keçirilir.